EN

"Kayzerlautern"in stadionundakı ab-hava və azarkeşləri yaddaşımda qalmışdı" - Mahir Emreli

Almaniya təmsilçisi "Kayzerslautern"ə keçən hücumçu Mahir Emreli yeni iş yeri ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin 27 yaşlı üzvü klubun rəsmi saytına danışıb:

"Kayzerslautern" böyük kollektivdir. Almaniyada karyerama başlamazdan əvvəl bu komandanı tanıyırdım. Ötən mövsüm "Nürnberq"in heyətində çıxış edərkən "Kayzerslautern"in stadionunun ab-havası və azarkeşləri yaddaşımda qalmışdı. Mənə güvənən hər kəsə təşəkkür edirəm. Etimadı doğrultmaq üçün səbirsizlənirəm. Hədəflərimizə çatmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, Emreli bu gün "Kayzerslautern" ilə 3 illik müqavilə bağlayıb.

Chosen
11
fanat.az

1Sources