EN

İranda üç "Mossad" agenti edam edildi

İranın Urmiya şəhərində İsrailin "Mossad" kəşfiyyat xidmətinə casusluqda şübhəli bilinən şəxslər edam edilib.

Publika.az xəbər verir ki, bu barədə "Press" TV məlumat yayıb.

Bildirilib ki, ölüm hökmü həyata keçirilən məhbuslar, "terror törətmək məqsədi ilə ölkəyə avadanlıqların gətirilməsinə cəhd göstərilməsində" və “dövlət quruluşuna qarşı silahlı üsyan”da ittiham ediliblər.

Xatırladaq ki, İsrailin İrana hücumlarının ilk günlərindən yerli KİV-lər İsrail kəşfiyyatı ilə əlaqəsi olan şəxslərin tutulması ilə bağlı xəbərlər yaymağa başlayıb.

Chosen
34
50
publika.az

10Sources