
Gender.az "Championat"a istinadla xəbər verir ki, son tur "Çelsi"nin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Belə ki, "zadəganlar" Tunisin "Esperans" klubunun qapısından üç cavabsız qol keçiriblər.
Bu nəticədən sonra "Çelsi" 6 xalla D qrupunu ikinci pillədə başa vuraraq turnirin pley-off mərhələsinə yüksəlib.
ABŞ-də keçirilən klublararası dünya çempionatında C qrupunun üçüncü turunun oyunları başa çatıb.
Qrup mərhələsinin sonuncu turunda "Benfika" (Portuqaliya) - "Bavariya" (Almaniya) və "Oklend Siti" (Yeni Zelandiya) - "Boka Xuniors" (Argentina) matçları keçirilib.
"Benfika" - ""Bavariya" oyunu portuqaliyalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Qarşılaşmada yeganə qolu Andreas Şelderup vurub.