AZ

FIFA Klub Dünya Kuboku: “Bayern”lə “Flamenqo” 1/8 finalda

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.

Arena.az xəbər verir ki, ötən gecə qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilib.

İki qrup çərçivəsində bütövlükdə dörd qarşılaşma baş tutub.

Bu oyunlardan sonra Almaniyanın “Bayern” və Braziliyanın “Flamenqo” komandaları dünya çempionatının pley-off mərhələsinə vəsiqəni təmin ediblər. Şənbə gecəsi “Bayern” qrup mərhələsinin 2-ci turunda Argentinanın “Boka Xuniors” klubuna qalib gəlib. İki turdan sonra “Bayern” 6 xalla C qrupunda turnir cədvəlinə başçılıq edir. Onları Portuqaliyanın “Benfika” (4), “Boka Xuniors” (1) və Yeni Zelandiyanın “Oklend Siti” (0) komandaları izləyirlər.

Növbəti turda “Bayern” – “Benfika”, “Boka Xuniors” – “Oklend Siti” qarşılaşmaları baş tutacaq. Görüşlər iyunun 24-də keçiriləcək.

Oyun gününün digər matçında Tunis təmsilçisi “Esperans” ABŞ-nin “Los Anceles” klubuna qalib gəlib. Bu nəticə sayəsində “Flamenqo” (iki matçda 6 xal) pley-offa vəsiqəni təmin edib. Çünki hərəyə 3 xalı olan “Esperans” və İngiltərənin “Çelsi” klubu qrup mərhələsinin son turunda üz-üzə gələcək. Oyun iyunun 25-də baş tutacaq. Paralel matçda “Los Anceles” “Flamenqo” ilə qarşılaşacaq.

FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda iştirak edir və onlar 8 qrupa bölünüblər. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.

FIFA Klub Dünya Kuboku
Qrup mərhələsi, 2-ci tur

C qrupu

Benfika (Portuqaliya) – Oklend Siti (Yeni Zelandiya) 6:0
Qollar: Anxel Di Mariya, 45+8-pen; 90+8-pen. Pavlidis, 53. Renato Sançes, 63. Barreyro, 76; 78.

Bayern (Almaniya) – Boka Xuniors (Argentina) 2:1
Qollar: Harri Keyn, 18. Maykl Olise, 84 – Merentiel, 66.

D qrupu

Flamenqo (Braziliya) – Çelsi (İngiltərə) 3:1
Qollar: B.Henrike, 62. Danilo, 65. Uollas, 83 – Neto, 13.

Los Anceles (ABŞ) – Esperans (Tunis) 0:1
Qol: Belaili, 71.

Seçilən
9
arena.az

1Mənbələr