EN

Nüvə obyektlərini bombalayan "B-2"lərin daxilində GÖRÜN NƏLƏR VAR

Amerikalı pilotlar yeddi "B-2 Spirit"in idarə edilməsinə 37 saat vaxt sərf ediblər. Bu, 2001-ci ildən bəri təyyarə üçün ən uzun dayanmadan uçuş olub və onlar bir neçə dəfə havada yanacaqla doldurulub. Futuristik "Betmen" tipli təyyarə Missuri ştatındakı Uaytmen Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb. Onlar İrandakı hədəflərə çatmaq üçün Atlantik və Aralıq dənizini keçiblər. Nüvə obyektlərini bombaladıqdan sonra "B-2"lər Uaytmana qayıdıblar.

Publika.az "Bild"ə istinadla xəbər verir ki, ekipajın belə bir uçuşa dözə bilməsi üçün bombardmançılar kiçik tualetlər, mikrodalğalı sobalar və soyuducularla təchiz edilib. Qısa bir yuxu və istirahət üçün düşərgə çarpayısının qurulması üçün yer də var. Bundan əlavə, döyüş təyyarəsi idarəetməni sadələşdirən və bir qədər istirahət etməyə imkan verən avtomatlaşdırılmış sistemlərlə təchiz olunub.

Əvvəlcə nüvə zərbələri üçün nəzərdə tutulmuş "B-22 1997-ci ildə xidmətə başlayıb. ABŞ Hərbi Hava Qüvvələrində qanadlarının genişliyi 52,4 metr olan bu döyüş təyyarələrindən 19-u var. Hər biri 2 milyard dollara başa gəlir. Onlardan biri 2008-ci ildə qəzaya uğrayıb.

Bombardmançı təyyarələr İran hava məkanında cəmi 25 dəqiqə vaxt keçirərək hədəflərinə aşkar edilmədən çata biliblər.

Chosen
13
1
publika.az

2Sources