EN

Uzun ömrün sirri bu dərmanda ola bilər

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Alimlər "rapamisin" adlı dərmanın bəzi heyvan növlərində ömrü uzatdığını müəyyən ediblər. İngiltərədə aparılan genişmiqyaslı araşdırma zamanı balıqdan meymuna qədər 8 fərqli növ üzərində 167 sınaq təhlil olunub.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, nəticəyə görə, rapamisin ömrü az yemək qədər uzada bilər. "Metformin" adlı digər dərmanın isə bu baxımdan təsiri zəif olub.

"Rapamisin" 1970-ci illərdə Paskalya Adasında tapılıb. Hazırda orqan transplantasiyasında istifadə olunur.

Araşdırmalarda bu dərmanın yaşlanmağı ləngitdiyi göstərilib, lakin yan təsirləri də mümkündür. Bu səbəbdən hazırda insanlar üzərində az dozada sınaqlar davam etdirilir.

Alimlərin məqsədi daha az pəhrizlə, daha uzun və sağlam ömrə nail olmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
1
baku.ws

2Sources