EN

20 Yanvarda sürət yarışı keçirən sürücülər təhlükəli anlar yaşatdılar VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda avtoxuliqanlıq hərəkətləri edən iki sürücünün görüntüsü avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, hadisə mayın 30-da, paytaxtın Moskva prospektində qeydə alınıb. Belə ki, 01-CB-813 qeydiyyat nişanlı və 77-YB-901 qeydiyyat nişanlı "Niva" markalı avtomobillərin sürücüləri yüksək sürətlə hərəkət edərək maşınların arası ilə sərt manevrlər ediblər. Onların bu hərəkəti digər sürücülərə təhlükəli anlar yaşadıb.

İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində qeyd olunub ki, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi avtoxuliqanlıq hesab edilir. Bu əməli törədən sürücülərin nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs oluna bilər.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
avtosfer.az

1Sources