EN

Muğam müsabiqəsini səhhətinə görə tərk edən Mələkxanım danışdı

BAKI, 25 iyun. TELEQRAF

Ötən gün Xalq artisti Mələkxanım Əyyubova IX “Muğam” Televiziya Müsabiqəsi zamanı səhhətində problem yarandığına görə münsiflər kürsüsünü tərk edib.

Xalq artisti Teleqraf-a açıqlamasında səhhətinin hazırda qaydasında olduğunu bildirib.

Mələkxanıma Əyyubovanın sözlərinə görə, ona operativ yardım göstərilib.

“Mədəmdə ağrı vardı, özümü pis hiss etdim. Ona görə verilişi yarımçıq tərk etməli oldum. Təcili yardım gəldi, çox sağ olsunlar, operativ yardım göstərdilər. Çalışdım ki, narahatlığımı tamaşaçılarımız bilməsin”, - xanəndə bildirib.

Chosen
6
1
teleqraf.com

2Sources