EN

Qarabağ Universitetinin rektoru: Bizim də məqsədimiz Qarabağ adını dünya arenalarına çıxarmaqdır

XANKƏNDİ. 25 iyun. TELEQRAF

"Qarabağ" klubu Xankəndi şəhərindəki Qarabağ Universitetində olub.

Teleqraf xəbər verir ki, komandanı universitetin rektoru Şahin Bayramov qarşılayıb.

Kollektiv təhsil ocağı ilə tanış olub, tələbələrlə görüşüblər.

Bayramov səfərin təşkilinə görə Gənclər və İdman Nazirliyinə, eləcə də "Qarabağ"a təşəkkür edib, onları qarşılamaqdan məmnunluq hissi keçirdiyini bildirib: "Biz həm də adaşıq. Qarabağ Universiteti ilə "Qarabağ" klubu adaşdır. Qurban Qurbanovla tez-tez danışır, "Qarabağ"ımızın qələbələri münasibətilə sevincimizi bölüşürük. Düşünürük ki, bu, hələ başlanğıcdır. İşğaldan azad olunmuş torpağımızda 30 ildən sonra ilk universitetimizin yaranması və "Qarabağ" adlandırılması hər birimizi qürurlandırıb. Siz dünyaya "Qarabağ"ımızın adını yazdırdığınız kimi, bizim də üzərimizə düşən vəzifə elm və təhsil sahəsində Qarabağın adını dünya arenalarına çıxarmaqdır. Dövlətimizin dəstəyi ilə bu missiyaya başlamışıq. Bunun da öhdəsindən layiqincə gələcəyimizə inanırıq. Komandamızın daim yanındayıq, uğurlarının dəstəkçisiyik".

Chosen
10
teleqraf.com

1Sources