"Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunes karyerasını "Napoli"də davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Tərəflər artlq razılığa gəliblər. Yaxın günlərsə uruqvaylı forvardla 5 milyon avro maaşla 2030-cu ilin yayına qədər müqavilə imzalanacaq.
Ötən mövsüm Premyer Liqada 30 oyun keçirən Darvin Nunes 5 qol vurub və 2 məhsuldar ötürmə edib.