"Liverpul" heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Mersisaydlılar" "Ayntraxt"dan Uqo Ekitike ilə razılığa gəlib. Klub yaxında 23 yaşlı forvardla 6 illik müqavilə imzalayacaq.
Daha əvvəl Ekitiku ilə "Mançester Yunayted" və "Nyukasl" da maraqlanırdı.
Qeyd edək ki, Uqo ötən mövsüm 33 matça çıxıb, 15 qol vurub və 8 qolun ötürməsini verib.