EN

Mədəniyyət xidmətlərinə görə ödənilən ƏDV-nin 50 faizi geri qaytarılacaq

Bakı. Trend:

İnvestisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığınstimullaşdırılması və vergi yükünün azaldılması məqsədilə VergiMəcəlləsində edilmiş dəyişikliklər çərçivəsində mədəniyyətsektoruna yönəlmiş yeni təşviq mexanizmi iyul ayından tətbiqolunacaq.

Bu barədə Trendİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadənxəbər verir.

Bildirilib ki, 2025-ci il iyulun 1-dən etibarən fiziki şəxslərteatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonikorkestrin konserti kimi mədəniyyət xidmətlərindən nağdsız qaydadaistifadə etdikdə, ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 50 faizinigeri ala biləcəklər.

"Bu güzəşt artıq bir sıra digər sahələrdə uğurla tətbiq olunan“ƏDV geri al” (cashback) mexanizmi ilə eyni qaydada həyatakeçiriləcək. İstehlakçılar bu xidmətlər üzrə ödədikləri nağdsızməbləğlərə dair əldə etdikləri kassa çekləri əsasında ƏDV-ninyarısını geri ala biləcəklər", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, həmin dəyişikliklər Vergi Məcəlləsinin 165.5-cimaddəsinə edilmiş əlavələr əsasında cari ilin əvvəlində təsdiqolunub:

"Yeni mexanizm mədəniyyət xidmətlərinə çıxış imkanlarınıartırmaqla yanaşı, bu sahədə fəaliyyət göstərən sahibkarlıqsubyektləri üçün rəqabət qabiliyyətinin və şəffaflığınyüksəldilməsinə təkan verəcək. Eyni zamanda, əlavə investisiyalarıncəlbi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və mədəniyyətsektorunun daha dayanıqlı inkişafı da əsas hədəflərsırasındadır".

“ƏDV geri al” mexanizminin bu sektora da şamil olunması əhalininmədəniyyət xidmətlərinə marağının artmasına, uzunmüddətli dövrdəisə qiymətlərin tənzimlənməsi və bazarda sağlam rəqabətinformalaşmasına müsbət təsir göstərəcək", - məlumatdabildirilib.

Chosen
7
21
az.trend.az

10Sources