Birləşmiş Təyyarə Korporasiyası (“Rostex”-in bir hissəsi) yeni çoxməqsədli 4++ nəsil Su-35S qırıcılarının daha bir partiyasını Rusiya Silahlı Qüvvələrinə təhvil verib.
Herbiand.az bu barədə Korporasiyanın mətbuat xidmətinə istinadən bildirir.
Təyyarə müxtəlif iş rejimlərində zavodun sınaqlarından tamamilə keçib. Təyyarəni qəbul edən Rusiya Aerokosmik Qüvvələrinin pilotları ölkənin müdafiə qabiliyyətinin təmin edilməsinə verdikləri töhfəyə görə zavod işçilərinə təşəkkür ediblər.
“Rostec” dövlət korporasiyasının baş direktorunun birinci müavini Vladimir Artyakov deyib ki, Su-35S bütün hündürlük və sürət diapazonunda geniş çeşidli silahlardan istifadə etməyə, pilot və döyüş texnikasının ən mürəkkəb növlərindən istifadə etməyə imkan verir.
Bəxtiyar CƏFƏRLİ