“Yüksəkqəqiqlikli komplekslər” holdinqi (“Rostex”in bir hissəsi) Rusiya Silahlı Qüvvələrinə hava təhdidlərindən qorunmaq üçün xüsusi ekranlar və barmaqlıqlarla təchiz edilmiş BMP-3 piyada döyüş maşınlarının bir partiyasını, habelə silahdan istifadənin dəqiqliyini artırmaq üçün əlavə sistemləri təhvil verib.
Herbiand.az bu barədə “Rostec”in mətbuat xidmətinə istinadən bildirir.
Qeyd edilib ki, holdinq hər ay tam həcmdə qoşunlara üçüncü nəsil döyüş maşınları göndərir.
Korporasiyadan bildirilib ki, BMP-3-ün müasir versiyasının standart konfiqurasiyası xüsusui hərbi əməliyyat başlamazdan əvvəl gətirilən maşınlardan əhəmiyyətli dərəcədə fərqlənir. Son üç ildə onun dizaynına hərbi qulluqçuların istəklərinə və zirehli texnikanın real döyüş əməliyyatlarında istifadə təcrübəsinə əsaslanan xeyli dəyişiklik edilib.
Bəxtiyar CƏFƏRLİ