"Qarabağ" Qarabağa səfər çərçivəsində ilk olaraq Şuşa şəhərində olub.
"Football-plus.az" xəbər verir ki, Ağdam klubunun üzvləri Şuşada 1 nömrəli məktəbi ziyarət edərək orada təhsil alan şagirdlərlə görüşüblər.
Şagirdlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla və futbolçularla xatirə şəkli çəkdiriblər. Tədbirin sonunda 1 nömrəli məktəbin rəhbərliyi tərəfindən "Qarabağ"a, Ağdam klubunun rəhbərliyi tərəfindən isə məktəbə xatirə hədiyyəsi təqdim olunub.