ain.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Qarabağ" komandası Qarabağa səfər çərçivəsində ilk olaraq Şuşa şəhərində olub.
QOL.az xəbər verir ki, Ağdam klubunun üzvləri Şuşada 1 nömrəli məktəbi ziyarət edərək orada təhsil alan şagirdlərlə görüşüblər.
Şagirdlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla və futbolçularla xatirə şəkli çəkdiriblər. Tədbirin sonunda 1 nömrəli məktəbin rəhbərliyi tərəfindən "Qarabağ"a, Ağdam klubunun rəhbərliyi tərəfindən isə məktəbə xatirə hədiyyəsi təqdim olunub.
* * *
"Qarabağ" daha sonra Xankəndiyə səfər edib. Ağdam klubunun üzvləri burada Qarabağ Universitetinin kolleketivi ilə görüşüblər. Universitetin rektoru Şahin Bayramov bu təhsil mərkəzində yaradılan şəraitlə bağlı komanda üzvlərinə məlumat verib.
***
Daha sonra "Qarabağ" təmsil olunduğu Ağdam şəhərinə yollanıb. Komanda çempionluq kubokunu Ağdamda inşası davam etdirilən "İmarət" stadionuna aparıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.