EN

“Liverpul”un hücumçusu “Napoli” ilə anlaşdı

“Liverpul”un hücumçusu Darvin Nunes “Napoli” ilə şəxsi müqavilənin şərtlərinə razılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, forvard 5 milyon avro maaşla 2030-cu ilə qədər müqavilə imzalayıb. Qeyd olunur ki, İtaliya klubu futbolçunun transferi ilə bağlı “Liverpul”la danışıqları davam etdirir.

Nunes özü Avropada qalmaq istədiyi üçün Səudiyyə Ərəbistanından gələn bir neçə təklifi rədd edib.

2024/25 mövsümündə 26 yaşlı uruqvaylı bütün turnirlərdə 47 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə verib.

Chosen
18
1
idmanxeber.az

2Sources