EN

Finlandiya Rusiya ilə sərhədini bağlamağa davam edir: YENİ RİSKLƏR..

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

.Finlandiya miqrasiyanı sabitliyi pozmaqda ittiham edərək, qonşusu Rusiya ilə sərhədini bağlamağa davam edir, Moskva bu ittihamı rədd edir.

Finlandiya Rusiya ilə sərhədi boyunca tikilməkdə olan 200 km-lik hasarın yeni hissəsini təqdim edib və Helsinkinin dediyinə görə, bu hasar Moskvanın miqrasiyanı alətləşdirməsinin qarşısını almaq məqsədi daşıyır.

Bakıvaxtı.az “Lefigaro.fr”ə istinadən xəbər verir ki, Helsinkiyə görə, Şimali Avropa ölkəsi Rusiya ilə 1340 km-lik sərhədini 2023-cü ilin dekabrında 1000-ə yaxın  vizasız miqrantın gəlişindən sonra bağlayıb. 2024-cü ilin aprelində Finlandiya hökuməti sərhədin sonrakı xəbərdarlığa qədər  bağlı qalacağına qərar verdi, qərar bir il sonra yeniləndi. Hasarın ilk 35 km-lik hissəsi may ayında ölkənin cənub-şərqindəki Sərhəd Mühafizə Dairəsində tamamlanıb. Çərşənbə axşamı rəsmilər Helsinkidən təxminən 600 km şimalda yerləşən Kuhmoya (şərq) səfəri zamanı səkkiz yeni seqmentdən birincisini təqdim ediblər. Kainuu Sərhəd Mühafizə Dairəsinin komandir müavini Tomi Tirkkonen bildirib ki, onlar hasarın ikinci 18 km-lik hissəsini, Vartius sərhəd keçidi yaxınlığında təşkil edəcəklər. 4,5 metrlik yaşıl metal hasarın üstü ülgüc məftillə örtülüb:

“Sərhəddə vəziyyət dəyişib. Artıq stabil deyil, ona görə də yeni alətlərə ehtiyacımız var və bu da onlardan biridir. Hasar sayəsində vəziyyət indi sakitdir və tamamilə nəzarət altındadır”.

T.Tirkonnen bəyan edib ki, Rusiya ilə 406 km sərhədi olan Kainuu Sərhəd Mühafizə Bölgəsində ikinci hissə tamamlandıqdan sonra yüksək risk hesab edilən yeddi hədəf sahəsini əhatə edəcək yeni hasarın ətrafında meşə təmizlənib, sensorlar və kameralar nəzarəti gücləndirəcək:

“Bu, sərhədçi nöqteyi-nəzərindən zəruri və faydalıdır. Bütün layihənin təxmini dəyəri 380 milyon avro olmaqla 2026-cı ildə başa çatdırılması planlaşdırılır”.

A.Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
1
bakivaxti.az

2Sources