EN

"Ançelotti Skolariyə çox bənzəyir" - Ronaldo

Dünya futbolunun canlı əfsanəsi Ronaldo italiyalı mütəxəssis Karlo Ançelottinin Braziliya millisinə baş məşqçi təyin olunmasına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb.

"Məncə, Ançelottinin təyinatı çox şeyi müsbətə doğru dəyişə bilər. Onu yaxşı tanıyıram. Ançelotti əla komanda adamıdır, oyunçuların rəğbətini necə qazanmalı olduğunu bilir. Məşqçi futbolçulara daha yaxın olmağı, onların inamını qazanmağı bacarmalıdır. Karlo oyunçulara nə vaxt təzyiq etmək, nə vaxt bir qədər sərbəstlik vermək lazım gəldiyindən xəbərdardır. Düşünürəm ki, Ançelotti Skolariyə çox bənzəyir. Skolarinin məşqləri darıxdırıcı idi, lakin hər kəs onun üçün, komanda üçün əlindən gələni edirdi". 

Qeyd edək ki, "Real Madrid"dən ayrılan Ançelotti mayın 12-dən Braziliya millisinə rəhbərlik edir. 66 yaşlı çalışdırıcının müqaviləsinin müddəti 2026-cı ildə keçiriləcək dünya çempionatının sonunadək nəzərdə tutulub.

Chosen
9
1
fanat.az

2Sources