Məşhur britaniyalı musiqiçi Bad Company və Mott the Hoople qruplarının qurucularından olan Mik Ralfs 81 yaşında dünyasını dəyişib.
Far.Az trt haber-ə istinadən xəbər verir ki, Ralfs həm gitarist, həm bəstəkar, həm də vokalist kimi tanınırdı.
Onun ölüm xəbəri Bad Company qrupunun rəsmi saytında təsdiqlənib. Bildirilib ki, 2016-cı ildə Londonda verdiyi son konsertdən bir neçə gün sonra iflic keçirib və o vaxtdan bəri yataq şəraitində yaşayıb. Ölüm səbəbi barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Ralfs bu ilin noyabrında Bad Company üzvü kimi Rock & Roll Hall of Fame-ə daxil ediləcəkdi.
Bad Company qrupunun solisti Paul Rodgers sənətçi barədə belə deyib:
"Əziz dostum Mik dünyasını dəyişdi. Qəlbim ağrıyır. O, bizə möhtəşəm mahnılar və xatirələr buraxdı. Mənim dostum, söz yoldaşım, istedadlı gitarist və gözəl zarafat anlayışı olan bir insan idi."