Demokrat.az DİM-ə istinadən xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
İmtahan iştirakçıları dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İmtahan qaydaları ilə daha ətraflı “Yaddaş kitabçası”nda tanış olmaq mümkündür.
10Sources
-
redaktor.azNövbəti imtahanlarda iştirak edəcək abituriyentlərin nəzərinə çatdırırıq ki... DİM dən ÇAĞIRIŞ ( 19007452)
-
demokrat.azVəkilliyə qəbulla bağlı test imtahanı keçirilib ( 18999475)
-
yenisabah.azVəkilliyə qəbulla bağlı test imtahanı keçirildi ( 18999394)
-
az.trend.azVəkilliyə qəbulla bağlı test imtahanında 196 nəfər uğur qazanıb ( 18999031)
-
far.azVəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanı keçirilib ( 18998980)
-
sia.azVəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanı keçirilib - FOTOLAR ( 18998164)
-
onn.azBu quruplar üzrə qəbul imtahanı keçirildi ( 18998095)
-
yenilik.azVəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanı keçirildi ( 18998002)
-
konkret.azVəkillər Kollegiyasına üzv olmaq istəyənlər üçün test imtahanı keçirildi ( 18997897)
-
tribunainfo.azII və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirildi ( 18997780)