AZ

Vəkilliyə qəbulla bağlı test imtahanında 196 nəfər uğur qazanıb

Bakı. Trend:

06 iyul 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM)Elektron İmtahanlar Korpusunda Azərbaycan Respublikasının VəkillərKollegiyası (VK) və DİM ilə birgə VK-ya və Naxçıvan MuxtarRespublikasının Vəkillər Kollegiyasına vəkilliyə qəbul üzrə yazılıtest imtahanı keçirilib.

Vəkillər Kollegiyasından Trend-ə verilən məlumata görə,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavətədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarınınmüntəzəm keçirilməsini təşkil etməklə, yeni üzvlərin, xüsusən gənchüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədətövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulunəticəsində 421 nəfər vəkilliyə namizədin sənədləri qəbuledilib.

Üç saat davam edən vəkilliyə qəbulla bağlı test imtahanındaümumilikdə 410 nəfər iştirak edib və onlardan 196 nəfəri uğurqazanıb.

Bildirmək istərdik ki, uğur qazanan namizədlərdən 5-i NaxçıvanMuxtar Respublikasının Vəkillər Kollegiyasına sənəd verənşəxslərdir.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq,dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziyavə mətbuat nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına qəbulla bağlıixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanannamizədlər Sənəd Qəbulu Komissiyasına 21.07.2025-ci il tarixdən22.08.2025-cü il tarixədək aşağıdakı sənədləri təqdimetməlidirlər:

1. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası RəyasətHeyəti tərəfindən müəyyən edilmiş formada ərizə;

2. Yazılı test mərhələsinin yekun nəticəsinə dair məlumatvərəqəsi;

3. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmişsurəti;

4. Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiqedilmiş surəti;

5. Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiqedilmiş surəti;

6. Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olub-olmamasıbarədə tibbi arayış;

7. Əqli cəhətdən sağlamlıq barədə tibbi rəy;

8. 3x4 sm və 4x6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd)rəngli fotoşəkil;

9. Vəkilin şəxsi məlumat vərəqəsi;

10. Tərcümeyi-hal.

Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına qəbullabağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanannamizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi iləbağlı əlavə məlumat veriləcək.

Vəkilliyə qəbul üçün təqdim olunan sənədlərlə ilkin doldurulanərizə-anket formasında qeyd edilən məlumatlar arasında ziddiyyətaşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olantələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaqdır.

Seçilən
5
50
az.trend.az

10Mənbələr