EN

“Araz-Naxçıvan” - “Aris” matçının başlama saatı bəlli oldu

“Araz-Naxçıvan”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan təmsilçisi “Aris”ə qarşı keçirəcəyi oyunların başlama saatı bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, iyulun 24-də, Bakıdakı “Dalğa Arena”da keçiriləcək oyuna saat 20:00-da start veriləcək.

Bu komandaların bir həftə sonra – iyulun 31-də Saloniki şəhərində keçiriləcək cavab qarşılaşması isə yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 22:15-də) başlayacaq.

Chosen
21
12
arena.az

10Sources