Futbol ulduzu Kriştiano Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun baş məşqçisi Stefano Pioli istefaya göndərilib.

Offsideplus.az xəbər verir ki, italiyalı çalışdırıcı ilə yanaşı, onun məşqçi korpusunun bütün üzvləri yola salınıb.

Pioli 2024-cü ilin sentyabrından "Əl-Nəsr"ə rəhbərlik edirdi. Onun dövründə komanda Səudiyyə Ərəbistanı çempionatında 3-cü yeri tutub. 

Bundan başqa, "Əl-Nəsr" Asiya Çempionlar Liqasının yarımfinalında Yaponiya təmsilçisi "Kavasaki"yə uduzub (2:3).