EN

Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarının həcmi artıb

Bu ilin iyunun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 240 min manat və ya 2,2% artaraq, 11,088 milyon manata bərabər olub.

Bu barədə Kommersant.az Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 17,28% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 10,4 milyon manatı milli valyutada, 695 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, cari ilin iyunun 1-nə Qarabağ iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi 495,954 milyon manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 4,7 milyon manat və ya 1%, ötən ilin eyni dövrünə nisbətən isə 55,6 milyon manat və ya 12,6% çoxdur.

Məlumata əsasən, hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,60%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 494,6 milyon manatı milli valyutada, 1,3 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin iyunun 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 290 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 3,2 milyard manat və ya 12,8% artaraq, 28,386 milyard manata bərabər olub.

Chosen
8
3
kommersant.az

10Sources