EN

SON DƏQİQƏ! “Konyaspor” Suma ilə danışıqlara başladı, bir həftə vaxt verdi

Idmanxeber.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Zirə”nin futbolçusu Salifi Suma karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Konyaspor” futbolçunun xidmətində maraqlıdır. Super Liqa klubu futbolçu ilə danışıq aparması üçün “Zirə”dən icazə alıb.

Hazırda Konya klubu ilə futbolçu arasında danışıqlar davam edir. Türkiyə təmsilçisi oyunçuya təklifini verib. “Konyaspor” bir həftə ərzində Sumadan cavab gözləyir.

Transferin baş tutub-tutmayacağı yaxın günlərdə bəlli olacaq.

Xatırladaq ki, Sumanın 2027-ci ilə qədər “Zirə” ilə müqaviləsi var. O, ötən mövsüm çempionatda 33 oyunda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Həsən Quluzadə 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
64
50
idmanxeber.az

10Sources