ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin “Fənərbaxça” klubu müdafiəçi Ceyden Ostervolde ilə yeni müqavilə imzalamaq niyyətindədir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi 23 yaşlı niderlandlı futbolçunun sözləşməsini uzatmaq üçün artıq rəsmi danışıqlara başlayıb.Bu barədə insayder Yağız Sabuncuğlu məlumat yayıb.Hazırda tam sağalan futbolçunun yeni mövsüm üçün komandanın əsas planlarında yer alacağı gözlənilir. Müqavilənin yaxın günlərdə yenilənəcəyi ehtimal olunur.
Xatırladaq ki, o, ötən mövsüm aprel ayında dizindən aldığı ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalıb. Müdafiəçi həmin zədəyə görə mövsümün son oyunlarında iştirak edə bilməyib və reabilitasiya müddətini yay aylarında başa vurub.
Qeyd edək ki, Ostervolde 2023-cü ilin yanvarında İtaliyanın “Parma” klubundan 6 milyon avro qarşılığında transfer olunub.
Remsinin yeni klubu müəyyənləşdi
Marotta Hakan barədə: "Onu zorla saxlamaq fikrimiz yoxdur"
"Beşiktaş" Abrahamı açıqladı - RƏSMİ
Müller İtaliya yolunda
Con Duran “Fənər”lə razılaşdı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.