AZ

“Beşiktaş” və “Qalatasaray”ın sabiq voleybolçusu Azərbaycan klubundan ayrılıb

Bakı, 1 iyul, AZƏRTAC

Qadın voleybolçulardan ibarət “Abşeron” komandası türkiyəli oyunçusu Ecem Aknamla yollarını ayırıb.

Bu barədə 31 yaşlı voleybolçu AZƏRTAC-a açıqlamasında məlumat verib. O, Bakı təmsilçisi ilə başa çatan müqaviləsinin müddətini uzatmadığını bildirib.

“Beşiktaş” və “Qalatasaray”ın sabiq voleybolçusu karyerasını ölkəsində davam etdirəcək.

Qeyd edək ki, Ecem Aknam “Abşeron”a ötən il keçmişdi.

Seçilən
16
50
azertag.az

10Mənbələr