EN

Gündə bir dəfə qidalanmaq ziyandır

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Gündə 1 dəfə yemək yemək qəti qadağandır".

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.

Onun sözlərinə görə, sağlam bir insan üçün gün ərzində 3 əsas dəfə qidalanmaq lazımdır.

E.Məmmədov qeyd edib ki, əsas qidalar arasında olan müddət 6-7 saatdan az olmamalıdır. 

"Bu müddət insandan-insana təbii ki, dəyişə bilir. Məsələn, diabet xəstələri şəkər səviyyəsini normada saxlamaq üçün 3 saatdan bir yemək yeyirlər".

Mütəxəssis bildirib ki, tez-tez ağır yeməklər yemək orqanizmdə narahatlıq, tərləmə və həzm pozğunluqları yarada bilər.

"Yayda daha çox tərəvəz, meyvə, süd məhsulları və bol su qəbul etmək tövsiyə olunur".

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
bakivaxti.az

1Sources