EN

Prezident İlham Əliyev bir sıra qanunlarda dəyişiklik edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Meşə Məcəlləsində, AzərbaycanRespublikasının Mülki Məcəlləsində, Azərbaycan RespublikasınınVergi Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma vəAzərbaycan Respublikasının QanunuTikinti Məcəlləsində, “İcrahaqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AzərbaycanRespublikasının qanunlarında dəyişiklik edilib.

Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi “İcra haqqında” və “Daşınmazəmlakın dövlət reyestri haqqında” qanunlarında dəyişiklikdə əksinitapıb.

Qanuna əsasən, meşə fondunda tikinti işlərinin aparılmasınıntikinti sahəsində formalaşmış qanunvericiliklə uzalaşdırılmasıməqsədilə bu sahədə tikinti işlərinin Şəhərsalma və TikintiMəcəlləsinə, “Ətraf mühitin mühafizəsi haqqında” qanuna, dağ-mədənişlərinin aparılmasının isə “Yerin təki haqqında” qanuna uyğunhəyata keçirilməsinə dair müddəa əlavə edilir.

Bundan başqa, “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklikedilməsi haqqında” 30 may 2023-cü il tarixli qanunun icrası vəqanunvericilikdə olan normalar arasında uyğunluğun təmin edilməsiməqsədilə hazırlanıb. Bu qanunla şəhərsalma və tikinti fəaliyyətisahəsində müvafiq qərarların qəbul edilməsini təmin etmək məqsədiilə Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatısisteminin (Sistem) elektron formada təşkil olunması və bu sahədəicraatın (tikintiyə icazə, tikintinin istismarına icazə, texnikişərtlərin verilməsi, məlumatlandırma icraatı çərçivəsində tikilmiştikinti obyektləri barədə məlumatın təqdim edilməsi və sair)2024-cü il yanvarın 1-dən həmin Sistem üzərindən elektron qaydadahəyata keçirilməsi təsbit və təmin edilib.

Belə ki, Sistemin formalaşdırılmasının, aparılmasının və digərdövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları vəsistemləri ilə inteqrasiyasının, Sistem vasitəsilə müraciətlərinqəbulunun, emalının və cavablandırılmasının hüquqi, təşkilati vətexnoloji əsaslarını müəyyən etmək məqsədilə ölkə Prezidentinin2023-cü il 27 dekabr tarixli fərmanı ilə “Şəhərsalma və tikintifəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”təsdiq edilib və müvafiq olaraq 2024-cü il yanvarın 1-dən(“Şəhərsalma Nəzarəti” altsistemi vasitəsilə yerinə yetiriləcəkhərəkətlərlə bağlı müddəaları isə 2026-cı il yanvarın 1-dən)qüvvəyə minib. Elektron sistem rəqəmsal texnologiyalardan istifadəyolu ilə şəhərsalma və tikinti fəaliyyəti sahəsində xidmətlərgöstərilməsində əlçatanlığın, şəffaflığın və operativliyin təminedilməsinə, habelə bu sahədə nəzarətin effektivliyininartırılmasına xidmət edir.

Qeyd olunan normativ hüquqi sənədlərin qüvvəyə minməsi iləəlaqədar tikinti sahəsində icraatlar yalnız Sistemdə həyatakeçirilir və bütün qərarlar, məlumatlar Sistemdə formalaşır vəzəruri məlumatların poçtla göndərilməsinə ehtiyac olmadanşəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatısistemi vasitəsilə elektron qaydada verilməsi təmin edilir. SistemElektron Hökumət İnformasiya Sisteminə inteqrasiya etdiyindən bütüntikinti obyektləri barədə məlumatların heç bir vaxt tələb edilmədəndərhal Sistemin strukturuna daxil olan Tikintilərin DövlətReyestrinə ötürülməsi təmin edilir. Eyni zamanda tikintiyə icazəSistemdə formalaşdığından onların “surəti”nin təqdim edilməsitələbi də ləğv edilib.

Qanun layihəsində göstərilən qanunlarda dəqiqləşdirmə vəuyğunlaşdırma xarakterli düzəlişlər edilir. Buraya məlumatların“sifarişli poçtla göndərilməsi”nə, “sənədlərin surəti”nə dairmüddəaların müvafiq qanunlardan çıxarılması, məlumatlarınTikintilərin Dövlət Reyestrinə ötürülməsi qaydasını müəyyən edənnormalarda texniki xarakterli dəyişikliklərin edilməsi və sairaiddir.

Chosen
23
3
az.trend.az

4Sources