Bakı. Trend:
Qarşıdan gələn bayram və tətil günlərində qidalanma məsələsindəxüsusilə diqqətli olmaq lazımdır. Çünki bu dövrdə qeyri-nizamlı vəhəddən artıq qida qəbulu halları daha çox müşahidə olunur.
Trendxəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramhesabında canlı yayımda Səhiyyə Nazirliyininmütəxəssis-eksperti,qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, bu da tez-tez şişkinlik, kökəlmə, qəbizlik,qaraciyər və mədəaltı vəz yağlanması, şəkər və xolesterinsəviyyəsində yüksəlmələrlə nəticələnə bilər:
“Bayram günlərində sağlam qidalanmanı qorumaq üçün öncədən planqurmaq çox vacibdir. Yemək saatlarını əvvəlcədən müəyyənləşdirmək,səhər yeməyini atlamamaq və gün ərzində fasilələrlə, amma nəzarətlişəkildə qidalanmaq bu baxımdan faydalıdır. Bayram süfrəsində ağırvə yağlı yeməklərin yanında lifli tərəvəz salatlarına, yoğurtəsaslı məzələrə, təbii şirələrə və bol suya yer vermək lazımdır.Qızartmalar və un məmulatlarını az qəbul etmək, desertləri isə əsasyeməkdən sonra ən az 2 saat sonra qəbul etmək daha məqsədəuyğundur.Şirniyyata tamamilə qadağa qoymaq əvəzinə miqdarına nəzarət etməkdaha real və davamlı yanaşmadır”.
E.Məmmədov bildirib ki, tətil günlərində aktivlik də qidalanmaqədər vacibdir:
“Gündəlik olaraq 20-30 dəqiqəlik gəzinti belə, orqanizminenerjini sərf etməsi və qan dövranının yaxşılaşması üçün kifayətedə bilər. Məsləhət görərdim ki, şəkər, təzyiq, xolesterin vəqaraciyər xəstəlikləri olan şəxslər bu günlərdə həkim tövsiyələrinəəməl etməli, dərmanlarını vaxtında qəbul etməli və xüsusilə duzlu,yağlı və şəkərli qidalardan uzaq dursunlar. Bu sadə qaydalarsayəsində bayram günlərini həm zövqlü, həm də sağlam şəkildəkeçirmək mümkündür”.