EN

AFFA "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət edəcək » AzadMedia.az


AFFA "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət edəcək.

Bu barədə qurumun iclasında milli assosiasiyanın baş katibi Cahangir Fərəcullayev məlumat verib.

Qeyd edilib ki, "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət olunaraq aşağıdakı infrastruktur məsələlərinin icrası planlaşdırılır:

- AFFA-nın İnkişaf Strategiyasının icrası ilə əlaqədar Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işlərinin aparılması.

- Ağsu şəhər stadionunda infrastrukturun Premyer Liqa tələblərinə çatdırılması.

AFFA İnkişaf Strategiyası çərçivəsində UEFA-ya müraciət etmək üçün aşağıdakı istiqamətlər üzrə sənədləşmə və layihələndirmə işlərinə başlanılsın:

- Birinci Regional İnkişaf Mərkəzinin inşası.

- Aşağı yaş qrupları üzrə liqaların keçirilməsi üçün 2 meydanın ot örtüyünün yenilənməsi.
Chosen
14
12
azadmedia.az

10Sources