ain.az, Fanat portalına istinadən məlumat verir.
AFFA "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun iclasında milli assosiasiyanın baş katibi Cahangir Fərəcullayev məlumat verib.
Qeyd edilib ki, "HatTrick investment" layihəsi çərçivəsində UEFA-ya müraciət olunaraq aşağıdakı infrastruktur məsələlərinin icrası planlaşdırılır:
- AFFA-nın İnkişaf Strategiyasının icrası ilə əlaqədar Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işlərinin aparılması.
- Ağsu şəhər stadionunda infrastrukturun Premyer Liqa tələblərinə çatdırılması.
AFFA İnkişaf Strategiyası çərçivəsində UEFA-ya müraciət etmək üçün aşağıdakı istiqamətlər üzrə sənədləşmə və layihələndirmə işlərinə başlanılsın:
- Birinci Regional İnkişaf Mərkəzinin inşası.
- Aşağı yaş qrupları üzrə liqaların keçirilməsi üçün 2 meydanın ot örtüyünün yenilənməsi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.