EN

Bəhruz Teymurov “Karvan”a lazım olmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Karvan” daha bir hücumçusu – Bəhruz Teymurov ilə də yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, Teymurovun müddəti başa çatmış müqaviləsi yenilənməyib. Ötən ilin yayında “Karvan”a keçmiş 30 yaşlı oyunçu 13 qolla komandasının bombardirlərindən olub.

Xatırladaq ki, “Karvan” daha əvvəl bombardiri Emil Qasımov (15 qol) və qanalı Ezekiel Morqanla (10 qol) da yollarını ayırmışdı.

Chosen
47
30
arena.az

10Sources