ain.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Premyer Liqaya vəsiqə qazanan “İmişli” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın verilən məlumata görə, bölgə təmsilçisi “Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlını transfer etməkdə maraqlı olub. Rəhbərlik oyunçunu baş məşqçi Xorxe Kaskilya təqdim edib. Ancaq portuqaliyalı mütəxəssis müdafiəçinin heyətə cəlb edilməsinə qarşı çıxıb.
Kaskilya Zülfüqarlının performansını bəyənməyib. Bu səbəbdən də “İmişli” rəhbərliyi sol cinah müdafiəçisindən vaz keçib.
Xatırladaq ki, İsmayıl Zülfüqarlı ötən mövsümü icarə əsasında “Turan Tovuz”da keçirib. O, müqavilə ilə “Neftçi”yə məxsusdur.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.