Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ lideri Donald Tramp Haaqada keçirilən görüşləri zamanı atəşkəsə nail olmaq və davamlı sülh üçün addımları müzakirə ediblər.
Moderator.az xəbər verir ki, bunu Zelenski öz "Telegram" kanalında bildirib.
"Prezident Trampla əhəmiyyətli olan bütün məsələləri əhatə etdik. Amerika Birləşmiş Ştatlarına təşəkkür edirəm. İnsanlarımızın necə qorunmalı olduğu barədə danışdıq. Diqqəti və sülhün yaxınlaşmasına kömək etmək istəyini qiymətləndiririk. Təfərrüatlar - sonra", - o yazıb.
17:07
Tramp və Zelenski görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski Haaqada NATO sammiti çərçivəsində görüşüb.