EN

"ANKA-3" tipli PUA təcili eniş edib

BAKI, TurkicWorld

Türkiyənin Konya vilayətində keçirilən "Anadolu Qartalı - 2025" təlimi çərçivəsində uçuş həyata keçirən "ANKA-3" tipli pilotsuz uçuş aparatı (PUA) yerli vaxtla saat 19:00 radələrində təlim bölgəsinə yaxın boş əraziyə təcili eniş edib.

TurkicWorld türk KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda polis və hərbi personal cəlb olunub, bölgədə geniş təhlükəsizlik tədbirləri görülüb.

Konya Valiliyi hadisə ilə bağlı yaydığı rəsmi açıqlamada bildirib:

“25 iyun 2025-ci il tarixində Beynəlxalq Anadolu Qartalı-2025 Təlimi zamanı ANKA-3 tipli Pilotsuz Uçuş Aparatı (PUA) Selçuklu rayonunda yerləşən boş sahəyə nəzarətli şəkildə təcili eniş edib. Bütün aidiyyəti qurumlarımız tərəfindən zəruri tədbirlər görülüb, texniki araşdırmalar davam edir.”

Qeyd edək ki, təlim 4 İyula qədər davam edəcək.

Chosen
42
turkic.world

1Sources