EN

Mbappe “Zaltsburq”la oyuna çıxmayacaq

“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe ABŞ-da keçirilən klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda “Zaltsburq”a qarşı keçiriləcək oyunun iştirak ərizəsinə daxil edilməyib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Matç iyunun 27-də Bakı vaxtı ilə saat 05:00-da start götürəcək. Madrid klubunun hücum xəttində bu görüş üçün Vinisius Junior, Rodriqo, Brahim Dias, Qonsalo Torres və Viktor Munyos yer alıblar.

Mbappe iyunun 19-da kəskin qastroenterit diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Xəstəlik səbəbilə futbolçunun 4-5 kiloqram çəki itirdiyi bildirilir. 25 iyun tarixində o, ilk dəfə əsas komanda ilə birgə məşq prosesinə qatılıb.

Qeyd edək ki, Mbappenin vəziyyətinin pisləşməsi Klublararası Dünya Çempionatının əvvəlki turunda — iyunun 18-də “Əl-Hilal”la (1:1) oyun ərəfəsində qeydə alınmışdı. Məlumata görə, futbolçu həmin müddətdə yalnız meyvə ilə qidalanır və su içirdi. Bu səbəbdən komanda ilə təcrid olunmuşdu.

Chosen
80
15
90deqiqe.az

10Sources