EN

Parisin bir neçə metro stansiyası su altında qalıb

Parisdə tufan səbəbindən bir neçə metro stansiyası su altında qalaraq fəaliyyətini dayandırıb.

APA xəbər verir ki, bu haqda LCI radiosu məlumat yayıb.

“Çərşənbə günü axşam saatlarında Paris və onun ətrafını vuran şiddətli tufan səbəbindən RER xətti və şəhərətrafı qatar xətləri dayandırılıb. Bir neçə metro stansiyası subasma səbəbilə bağlanıb”, - məlumatda deyilir.

Bölgədə leysan yağışları sürəti saatda 112 kilometrə çatan küləklərlə müşayiət olunur.

Chosen
22
4
apa.az

10Sources