AZ

Parisdə bir neçə metro stansiyası su altında qaldı

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Parisdə güclü yağışlar bir neçə metro stansiyasının su altında qalmasına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə “Ici Paris le-de-France” radiostansiyası məlumat yayıb.

Paytaxt regionuna xidmət edən şəhərətrafı qatarların hərəkəti də pozulub. Xüsusilə, Parisi Şarl-de-Qoll hava limanı ilə birləşdirən xətdə qatarlar hərəkət etmir. Radiostansiyanın məlumatına görə, güclü külək səbəbindən binalara və avtomobillərə ziyan dəyib.

Paytaxtın mərkəzində bəzi küçələr su altında qalıb. Bəzi rayonlarda küçə işıqlandırması işləmir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
9
sherg.az

10Mənbələr