EN

İranda internetə çıxış tam bərpa edilib

İranda İsraillə son münaqişə zamanı məhdudlaşdırılan internet, mobil və stasionar rabitəyə çıxış tam bərpa edilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşemi ölkə vətəndaşlarına müraciətində deyib.

 

Onun sözlərinə görə, tədbirlər məcburi idi və məhdudiyyətlər İsrailin rabitə şəbəkələrindən hərbi məqsədlər üçün istifadəsinə cavab kimi tətbiq olunmuşdu.

 

Nazir kəsintilərdən yaranan zərəri etiraf edib və vətəndaşlardan üzr istəyib.

Chosen
4
9
senzor.az

10Sources