AZ

İranda internetə çıxış tam bərpa edilib

İranda İsraillə son münaqişə zamanı məhdudlaşdırılan internet, mobil və stasionar rabitəyə çıxış tam bərpa edilib.

"Report" xəbər verir ki, bu barədə informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşemi bildirib.

Onun sözlərinə görə, tədbirlər məcburi idi və məhdudiyyətlər İsrailin rabitə şəbəkələrindən hərbi məqsədlər üçün istifadəsinə cavab idi.

Nazir kəsintilərdən yaranan zərəri etiraf edib və vətəndaşlardan üzr istəyib.

"Cebheinfo.az"

Seçilən
0
8
cebheinfo.az

9Mənbələr