EN

Rusiya rəsmilərinin təqibinə başlanır – Aİ və Ukraynadan mühüm addım

Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı ilə Rusiyaya qarşı Xüsusi Tribunalın yaradılması haqqında saziş imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb.

Bildirilir ki, Ukrayna lideri və Avropa Şurasının baş katibi Alen Berset Rusiyanın Ukraynaya təcavüzü cinayətlərinin araşdırılması üçün Xüsusi Tribunalın yaradılması haqqında saziş imzalayıb. Bu, Zelenskinin NATO-nun Haaqa sammitindən sonra gəldiyi Strasburqdakı Avropa Şurasının binasında baş verib.

Prezidentin sözlərinə görə, hər bir hərbi cinayətkar bilməlidir ki, ədalət bərpa olunacaq: "Bugünkü razılaşma və bu tribunal bizə təcavüz cinayətinə görə məsuliyyət daşımaq üçün real imkan verir. Digər qurumların, hətta beynəlxalq qurumların da bunun üçün lazımi alətləri yoxdur və biz açıq şəkildə göstərməliyik ki, təcavüz cəzaya gətirib çıxarır".

Zelenski əmindir ki, xüsusi tribunal Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, hər bir rusiyalı cinayətkarın cəzalandırılmasını təmin edən addım olacaq.

Bersetin sözlərinə görə, razılaşmanın imzalanmasından sonra “mümkün qədər çox ölkə qoşula bilsin, tribunala dəstək ola bilsin və ona kömək edə bilsin” deyə genişləndirilmiş qismən saziş üzrə danışıqlar başlayacaq.

Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Yevgeniya Kravçuk sazişin təfərrüatlarını UNİAN-a bölüşüb. Onun sözlərinə görə, bu müqavilə artıq effektiv hüquqi alətdir:

"Rusiya rəhbərliyinin mövqeyi ayrı-ayrı şəxsləri cinayət məsuliyyətindən azad etmir və cəzanı yüngülləşdirmir.

Xüsusi Tribunal Rusiya Federasiyasının təcavüz cinayəti ilə bağlı yurisdiksiyasına malik olmayan Beynəlxalq Cinayət Məhkəməsinin işini tamamlayır. İştirakçı dövlətlər də potensial olaraq məsuliyyətə cəlb olunacaqlar".

Əvvəllər bildirilmişdi ki, Avropa Şurası Nazirlər Komitəsi Xüsusi Tribunalın əsasını təşkil edən hüquqi mətnlər üzərində işi artıq başa çatdırıb. O, Ukraynaya qarşı təcavüz cinayətinə görə Rusiyanın yüksək rütbəli liderlərini təqib etmək mandatı ilə Avropa Şurası çərçivəsində yaradılıb.

Musavat.com

Chosen
24
50
musavat.com

10Sources