EN

Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir (FOTO/VİDEO)

Xankəndi. Trend:

Xankəndi şəhərində 26 iyun- Silahlı Qüvvələr Günü münasibətiləhərbçilərin yürüşü keçirilir. Qürurlu anlarla yadda qalan yürüşünönündə Azərbaycan əsgəri addımlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, şəxsiheyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrindəmüəyyən edilən marşrutlar üzrə yürüş edir.

Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədaları yerlisakinlərinə və şəhərin qonaqlarına xoş ovqat bəxş edib və böyükmaraqla dinlənilir. Azad Xankəndi torpağında yürüş edən hərbiqulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanır. Bayramyürüşü şəhərin Zəfər meydanında başa çatacaq.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarınacavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi44 gün davam edib və noyabrın 9-dan 10-na keçən gecə Ermənistanınməğlubiyyətini bildirən kapitulyasiya aktına imza atması ilənəticələnib. Azərbaycanın 30 ilə yaxın Ermənistanın işğalı altındaqalan torpaqlarının azad olunması ilə nəticələnən bu qələbəölkəmizin ərazi bütövlüyünü təmin edib. Qırx dörd gün ərzindəAzərbaycan Ordusu tərəfindən 300-dən çox kənd, qəsəbə və şəhər, ocümlədən Şuşa işğaldan azad edilib. İkinci Qarabağ müharibəsindəAzərbaycanın 3 minə yaxın hərbi qulluqçusu, təqribən 93 mülki şəxsşəhid olub, minlərlə əsgər, zabit və dinc sakin yaralanıb.

Qələbənin üç ilinin tamamında – 2023-cü il sentyabrın 19-dan20-nə keçən gecə Qarabağdakı separatçı və qeyri-qanuni erməni hərbibirləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri həyatakeçirilib. Bu əməliyyat təxminən 23 saat davam edib və Azərbaycanınbütün əraziləri üzərində dövlət suverenliyinin tam bərpa olunmasıilə nəticələnib.

Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Xankəndidə
Məqalədə:
Chosen
133
16
az.trend.az

5Sources