EN

Braziliya prezidenti Trampa çağırış etdi: Sosial şəbəkələrdə az vaxt keçir

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva ABŞ-li həmkarı Donald Trampı "sosial şəbəkələrdə az vaxt keçirməyə və daha çox dövlət başçısı olmağa" çağırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "G1 portalı" məlumat verib.

"Bu narahat dünyada, harada ki, ABŞ böyüklüyündə bir ölkənin prezidenti var, hansı ki, sözlərinə diqqət etməli, nə dediyini düşünməli, internetdə daha az vaxt keçirməli və daha çox dövlət başçısı olmalı, azad ticarət, çoxtərəflilik haqqında daha çox düşünməli, sülhün bərqərar olmasının daha çox qayğısına qalmalı olduğu halda biz mətbuatda hər gün nə görürük? Lənətə gəlmiş başlıqlara tələbat", - deyə Braziliya lideri bildirib.

Lula da Silvanın sözlərinə görə, Braziliyada artıq oxşar xüsusiyyətlərə malik prezident olub və o, ən az həqiqət və ölkənin tələbatları ilə maraqlanıb. G1 qeyd edib ki, Luis İnasiu Lula da Silva, ola bilər, keçmiş prezident Jair Bolsonaronu nəzərdə tutub - onu "tropik Tramp" adlandırırdılar, 2020-ci ildə isə o, seçkidə hazırkı prezidentə uduzub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
oxu.az

2Sources