EN

"Neftçi" qapıçısı ilə müqaviləni uzatdı

BAKI, 25 iyun. TELEQRAF

"Neftçi" futbol klubu qapıçı Emil Balayevlə müqavilənin müddətini uzadıb.

Teleqraf "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, 31 yaşlı futbolçu 2026-cı ilin yayınadək Bakı təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illər aralığında də komandanın qapısını qorumuş Balayev 2023-cü ilin yayında kluba qayıdıb. O, milli komandanın heyətində 14 oyun keçirib.

Chosen
22
50
teleqraf.com

10Sources