AZ

"Barselona" qapıçısı ilə müqaviləni uzatdı

BAKI. 7 iyul. TELEQRAF

Qapıçı Voytsex Şensnı İspaniyanın "Barselona" klubu ilə müqaviləni uzadıb.

Teleqraf Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Polşalı oyunçu komandaya 2024-cü ilin oktyabrında qoşulub. 35 yaşlı qolkiper ötən müddətdə "Barsa"da bütün turnirlərdə 30 oyuna çıxıb və 14 matçda qapısını toxunulmaz saxlayıb. Transfermarkt ona 1 milyon avro qiymət qoyub.

Qeyd edək ki, ötən mövsüm "Barselona" İspaniya çempionluğu, ölkə kuboku və Superkubok qazanıb.

Seçilən
8
25
teleqraf.com

10Mənbələr