EN

Son beş ayda sosial sahə üzrə 260 min elektron arayış verilib

Bu ilin beş ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 260 min elektron arayış verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Korrespondent.az-a verilən məlumata görə, son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox e-arayış xidməti yaradılıb.

Həmin e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.

Chosen
46
50
korrespondent.az

10Sources