EN

Tufan Parisdə həyatı iflic etdi -ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

Parisdə güclü yağış nəticəsində bir neçə metro stansiyası su altında qalıb.

 

Senzor.az bildirir ki, bu barədə yerli KİV məlumat yayıb. 

 

Fransanda tüğyan edən tufan paytaxt regionuna xidmət göstərən şəhərətrafı RER qatarlarının da hərəkətini dayandırıb. Xüsusilə, Parisi Şarl de Qoll hava limanı ilə birləşdirən xətt üzrə qatarlar işləmir.

 

Milli Assambleyanın (parlamentin aşağı palatası) Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağı sessiyası hava şəraiti ilə əlaqədar yarımçıq qalıb.

 

Güclü külək nəticəsində binalara və avtomobillərə ciddi ziyan dəyib. Paytaxtın mərkəzində bəzi küçələri su basıb. Bundan başqa, külək 40-a yaxın ağacı kökündən qoparıb. Bəzi küçələrdə elektrik xətlərinin qırılması parisliləri qorxuya salıb.

 

Fransa Milli Meteorologiya Xidməti kəskin hava şəraiti ilə əlaqədar İle-de-Frans bölgəsi (paytaxtın yerləşdiyi yer) üçün narıncı xəbərdarlıq elan edib. Ölkədə ümumilikdə 39 minə yaxın ildırım çaxması qeydə alınıb. 

 

Son məlumatlara görə, ölən və xəsarət alanlar da var.

Chosen
9
4
senzor.az

10Sources