EN

Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçiriləcək

Bakı. Trend:

İyulun 2-də Bakıda Azərbaycan-Özbəkistan biznes forumukeçiriləcək.

Trend xəbər verir ki, forumdaAzərbaycan və Özbəkistanın iqtisadi potensialının təqdim edilməsi,eləcə də qarşılıqlı investisiya imkanları barədə məlumat veriləcəyigözlənilir.

İştirakçılar iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığıngələcək inkişafı üçün perspektivli istiqamətləri müzakirəedəcəklər.

Tədbirdə dövlət qurumları və işgüzar dairələrin nümayəndələri(G2B), eləcə də hər iki ölkənin sahibkarları (B2B) arasındadanışıqlar aparılacaq.

Təşkilatçılar qeyd edirlər ki, forum işgüzar əlaqələrinqurulması, təcrübə mübadiləsi və birgə layihələrin müzakirəsi üçünsəmərəli platformaya çevriləcək.

Chosen
61
3
az.trend.az

3Sources